Dəstin tərkibi (13 parça)
- 16 sm qazan + şüşə qapaq — 1,5 litr
- 18 sm dərin qazan + şüşə qapaq — 2,2 litr
- 22 sm dərin qazan + şüşə qapaq — 3,6 litr
- 26 sm dayaz (karnıyarık) qazan + şüşə qapaq — 3 litr
- 12 sm saxlama qabı + qapaq — 0,5 litr
- 16 sm saxlama qabı + qapaq — 1 litr
- 1 ədəd rəndə — 12 sm (saxlama qablarının üzərinə yerləşdirilərək istifadə olunur)
Əsas xüsusiyyətləri
- Material: Yüksək keyfiyyətli 304 (18/10 Cr-Ni) paslanmayan poladdan hazırlanıb. İstiliyi bərabər paylayır, uzun müddət saxlayır və sağlam bişirmə imkanı verir.
- Qapaqlar və tutacaqlar: Qazanların şüşə qapaqları yeməyin bişmə prosesini qapağı açmadan izləməyə imkan yaradır. Tutacaqları davamlı metaldandır.
- Ocaq uyğunluğu: İnduksiya daxil olmaqla bütün ocaq növlərində (qaz, elektrik, keramika) istifadəyə yararlıdır.
- Fırın və təmizlik: Qazanlar və polad saxlama qabları qapaqsız şəkildə sobaya (fırına) qoyula bilər (qapaqlar soba üçün nəzərdə tutulmayıb, mikrodalğalı sobada istifadə edilmir). Bütün hissələr qabyuyan maşında yuyula bilir.